DİM sədri: "Aşağı nəticə göstərənlər kənd məktəbinin məzunlarıdır"

     DİM sədri:    "Aşağı nəticə göstərənlər    kənd məktəbinin məzunlarıdır"
  11 İyun 2022    Oxunub:1737
IX sinfin buraxılış imtahanlarında aşağı nəticə göstərən məzunların əksəriyyəti məktəbi çoxdan atanlardır.

AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, onlar əsasən kənd məktəblərinin məzunlarıdır:
"Qız və oğlan nisbəti təxminən eynidir. Əsas fərq kənd və şəhər məktəbləri arasındadır. Təhlillər göstərir ki, buraxılış imtahanında hər bir fəndən "2" qiyməti alandan sonra onlar tamamilə tədrisdən uzaqlaşırlar. Bunu açıqlamaqda məqsədimiz belə halların azalmasıdır. Çünki hər bir şagird icbari təhsil almalıdır. Buraxılış imtahanında yuxarı nəticə göstərib, 10-cu və 11-ci siniflərdə oxumayanlar da var. Onlarla bağlı Təhsil Nazirliyinə məlumat veririk".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti