"Formula 1"-də 125 tibb işçisi xidmət göstərir

   "Formula 1"-də 125 tibb işçisi xidmət göstərir
  11 İyun 2022    Oxunub:1243
TƏBİB-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları Bakı şəhərində təşkil olunan 2022 "Formula 1" Azərbaycan Qran Prisi yarışlarında Bulvar və İçərişəhər ərazisində yaradılmış 4 səyyar həkim məntəqəsində 15 tibb işçisi 08.00-dan 24.00-a qədər növbəli xidmət göstərir.
TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, idman yarışları zamanı yarışları izləyən tamaşaçılar üçün 8, idman yarışlarının keçirildiyi hərəkət zolağı istiqamətində 12, Atletlər kəndində 2 və yarış zonasında məskunlaşan sakinlərin istifadə etdiyi ərazi üzrə isə 2 Təcili Təxirəsalınmaz Tibbi Yardım avtomobili (hər ambulansda 3 həkim və digər tibb işçilərindən ibarət briqada olmaqla ümumilikdə 110 tibb işçisi) təhkim olunub.



Yarış müddətində (10-12 iyun) Mərkəzi Nefçilər Xəstəxanasında tibbi xidmət Beynəlxalq Avtomobil Federasiyanın tələblərinə və dünya standartlarına uyğun təşkil edilib.

Qeyd edək ki, Formula 1 yarışları Bakı şəhərində 6-ci dəfədir keçirilir. Yarışların yerli təşkilatçısı isə Bakı Şəhər Halqası Əməliyyat Şirkətidir.





AzVision.az


Teqlər:



Xəbər lenti