ADŞ-dan Bakıya gələn digər məşhur bloger 1,9 milyon izləyicisi olan “Sadaf”dır.
O, “Formula-1”-in keçirildiyi məkandan foto paylaşıb. “Sadaf” eyni zamanda profilinin hekayə bölməsində də İçərişəhərdən, “Şirvanşahlar sarayı”ndan, Dənizkənarı Milli Parkdan - turistlik məkanlarla bağlı paylaşım edib. Həmçinin, o, Azərbaycan milli mətbəxinin təamlarını dadıb və onlarla bağlı müsbət münasibət bildirib. Daha sonra, “Sadaf” və onunla birlikdə gələn digər dünyada tanınmış blogerlər “Formula-1” Azərbaycan Qran-prisinin keçirildiyi məkana baş çəkib, oradan foto və videolar paylaşıb. Bu paylaşımlar izləyicilərin diqqətini çəkib.
1,2 milyon izləyicisi olan tanınmış model, bloger Mariam Rod instaqram səhifəsində Bakıda beynəlxalq yarışın keçirildiyi ərazidən, Şirvanşahlar sarayı və İçərişəhərdən fotolar paylaşıb.

Paylaşımlarda habelə Azərbaycan xalçaları, milli mətbəxti və s. nümunələr də yer alıb.


Qeyd edək ki, yarış iyunun 12-də yekunlaşacaq.







Vaxtında, Aydın, Lazımlı!


