Melitopol və Xerson sakinlərinə ilk rus pasportları verildi

Melitopol və Xerson sakinlərinə ilk rus pasportları verildi
  11 İyun 2022    Oxunub:1313
Ukraynanın Melitopol və Xerson şəhərlərində Rusiya vətəndaşlığını qəbul edənlərə ilk rus pasportları verilib.
AzVision.az TASS Agentliyinə istinadən xəbər verir ki, Zaporojye və Xerson vilayətlərinin hərbi-mülki administrasiyalarından məlumat verilib.

Bildirilib ki, daha əvvəl Zaporojye vilayətində 70 mindən çox insan Rusiya vətəndaşlığı üçün müraciət edib və Xersonun 23 sakininə Rusiya günü münasibətilə pasport verilib.


Teqlər:



Xəbər lenti