|
| “The Guardian” Kiyevin artilleriya döyüşlərinin detallarını yaydı |
Məqalədə bildirilir ki, Qərbin vəd etdiyi yeni silah sistemləri bu ölkəyə çatdırılır. Lakin bu proses çox yavaş gedir və Rusiyanın Donbasda davamlı fəthinin qarşısını almaq üçün kifayət etmir.
"Ukraynalılar hələ də döyüşürlər. Lakin onların döyüş sursatı tükənir və ukraynalılar müharibənin ilkin mərhələsindəkindən qat-qat çox itki verirlər. Ruslar hələ də səhv edirlər. Aşağı templə olsa belə şəxsi heyət və texnikaları itirirlər. Bu temp münaqişənin ilk aylarındakından daha aşağıdır”, – nəşr yazır.
O da vurğulanır ki, rus hərbçilərin cəbhə bölgəsində texnika çatışmazlığından əziyyət çəkmələrini göstərən bir neçı fakt var. Bunun bir əlaməti sosial şəbəkələrdə Sovet dövründən qalma yüzlərlə T-62 tanklarının ambarlardan çıxarılaraq Ukraynaya göndərilməsini əks etdirən videodur.
Lakin müharibənin ümumi trayektoriyası artıq dəyişib və o daha güclü qüvvə kimi Rusiyanın xeyrinə meyl edir.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


