Sumqayıtda özünü dənizə atan adamı xilas ediblər

Sumqayıtda özünü dənizə atan adamı xilas ediblər
  11 İyun 2022    Oxunub:2787
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri, Sumqayıt dənizkənarı bulvarında (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 400 metr aralı, qeyri-çimərlik ərazi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.
AzVision.az nazirliyin mətbuat xidmətinə istinadla bildiriblər ki, hadisə yerinə dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb ediliblər.

Çevik müdaxilə nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

AzVision.az




Teqlər: Sumqayıt   Dəniz   Xilas  



Xəbər lenti