Güclü leysan və sel nəticəsində Ankaranı su basıb

 Güclü leysan və sel nəticəsində Ankaranı su basıb
  11 İyun 2022    Oxunub:3553
İyulun 11-də günorta saatlarından sonra Türkiyə paytaxtı Ankarada yağan güclü leysan və yaranmış sel böyük problemlər yaradıb.
AzVision.az xəbər verir ki, Çankaya rayonunun Kırkkonaklar bölgəsində tunelləri və yeraltı keçidləri su basıb.

Şəhərin əksər səmtlərində nəqliyyatın hərəkətində problem yaranıb. Sel basan əraziləri daşqın su və çirkabdan təmizləmək üçün tədbirlərə başlanılıb.

Rəsmi məlumata görə, ölkənin digər yerlərində də sel və daşqınlar başda olmaqla əlverişsiz hava şəraiti müəyyən çətinliklər yaradıb.

AzVision.az



Teqlər: Ankara   Sel  



Xəbər lenti