Rusiya AİHM-in qərarlarını icra etməyəcək

 Rusiya AİHM-in qərarlarını icra etməyəcək
  11 İyun 2022    Oxunub:2856
Rusiyada Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları icra olunmayacaq
AzVision.az xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin müvafiq qanun imzalayıb.

Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 2022-ci il martın 15-dən sonra qəbul etdiyi qərarlar (Rusiya Avropa Şurasından çıxmaq üçün ərizə verdiyi andan - red) icra olunmayacaq və Avropa məhkəməsinin qərarlarına görə kompensasiya ödəniləcək.

Eyni zamanda, Rusiya Baş Prokurorluğu 2023-cü il yanvarın 1-dək Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına uyğun olaraq ərizəçiyə pul kompensasiyası ödəyə biləcək.

AzVision.az



Teqlər: Rusiya   AİHM  



Xəbər lenti