Çimərliyə gedən ukraynalı minaya düşüb öldü

   Çimərliyə gedən ukraynalı    minaya düşüb öldü
  12 İyun 2022    Oxunub:2897
Odessada çimərliyə istirahətə gedən şəxs minaya düşərək ölüb. AzVision.az xəbər verir ki, bu barədə Odessa Regional Hərbi İdarəsinin başçısı Sergey Bratçuk məlumat yayıb.
O, qadağaya baxmayaraq çimərlikləri ziyarət edən insanlara xəbərdarlıq edib. Bildirib ki, Odessa vilayətinin Qara dəniz sahilində çimərliklər minalıdır və insanlar hər an minanın qurbanı ola bilərlər.

Şahanə Rəhmli
AzVision.az


Teqlər:



Xəbər lenti