Rusiyadakı McDonald's-un yeni adı: "Dadlı - vəssalam"

   Rusiyadakı McDonald
  12 İyun 2022    Oxunub:2031
Rusiyada McDonald's-ın yeni adı "Dadlı - vəssalam" olacaq. AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə şəbəkənin baş direktoru Oleq Paroyev məlumat verib.
Qeyd edək ki, McDonald's Rusiyadakı bütün 850 restoranının fəaliyyətini martın 14-də Ukraynada xüsusi hərbi əməliyyata başlayandan az sonra dayandırıb. Mayın 16-da iaşə bazarında payı 7%-ə çatan şirkət Rusiyadan çıxdığını elan edib və Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin vasitəçiliyi ilə müəssisəni rus sahibinə satıb. Alıcı iş adamı Aleksandr Qovordur.

Şəbəkə yeni brend və yeni menyu adları ilə fəaliyyət göstərəcək və bütün işçilər ən azı iki il “ekvivalent şərtlərlə” yerlərini qoruyacaqlar. Moskva meri Sergey Sobyanin bildirib ki, yenilənmiş şəbəkədə adi McDonald's menyusu saxlanılacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti