Şəkidə yol qəzası - Oğlan öldü, nişanlısı yaralandı

   Şəkidə yol qəzası -    Oğlan öldü, nişanlısı yaralandı
  12 İyun 2022    Oxunub:2763
Ötən gün Şəki şəhərində baş verən yol qəzası barədə bəzi təfərrüatları məlum olub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Holavar kəndində "Mersedes" markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub. Avtomobildə olan sərnişin 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qəzada həlak olan İbrahim Ağalarov və Günel Göyüşova nişanlı olublar. Onların 1 həftə sonra toyları olmalı imiş.



AzVision.az


Teqlər:



Xəbər lenti