56 yaşlı kişi kollektorda batıb

56 yaşlı kişi kollektorda batıb
  12 İyun 2022    Oxunub:1705
Şirvanda 56 yaşlı kişi kollektorda batıb.
AzVision.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Baş Şirvan Kollektorunun Şirvan şəhəri ərazisindən keçən hissəsində 1966-cı il təvəllüdlü Cavadov Təyyar Mirhəsən oğlunun batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti