Ukrayna Ordusu: "Severodonetskdə şiddətli döyüşlər gedir"

      Ukrayna Ordusu:    "Severodonetskdə şiddətli döyüşlər gedir"
  13 İyun 2022    Oxunub:900
Ukrayna mediası ölkədə Rusiya ordusuna qarşı ağır döyüşlərin getməsi barədə məlumat yayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinad edən saytlar yazırlar ki, ruslar Severodonetskdə Ukrayna Silahlı Qüvvələrinin bölmələrini şəhər mərkəzindən sıxışdırıb çıxara biliblər. Hazırda həmin istiqamətdə şiddətli döyüşlər davam edir.
“Severodonetsk istiqamətində düşmən artilleriyanın dəstəyi ilə şəhərə hücum əməliyyatları keçirilib və onlar qismən uğur qazanıblar. Ukrayna Silahlı Qüvvələrinin bölmələrini şəhərin mərkəzindən sıxışdırıb çıxarılıb. Hazırda döyüşlər davam edir. Lisiçansk, Severodonetsk, Toşkivka yaşayış məntəqələri ərazilərində Müdafiə Qüvvələrinin mövqeləri artilleriyadan atəşə tutulub", - Baş qərargahın məlumatında deyilir.

Tural Tağıyev

AzVision.az



Teqlər: Ukrayna   Rusiya   Döyüş  



Xəbər lenti