Məktəblilərin olduğu avtobus hansı ərazidə qəzaya düşüb? - BDYPİ açıqladı

   Məktəblilərin olduğu avtobus hansı ərazidə qəzaya düşüb? -    BDYPİ açıqladı
  13 İyun 2022    Oxunub:1648
Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Şamaxı-Yevlax yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib.
İdarədən AzVision.az -a verilən məlumata görə, hadisə iyunun 12-si saat 22:50 radələrində yolun 108-ci kilometrliyində - Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb:

"Belə ki, sürücü Pərviz Quliyevin idarə etdiyi sərnişin avtobusu hərəkətdə olan zaman idarəetmədən çıxıb. Nəticədə yol-nəqliyyat hadisəsi baş verib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Hazırda araşdırmalar davam edir".

"Bəzi saytlar məlumat yayıb ki, hadisə zamanı ölum halı qeydə alınıb. Bir daha qeyd edirik ki, hadisə nəticəsində ölum halları baş verməyib. Bu, həqiqəti əks etdirmir", - İdarənin açıqlamasında qeyd edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti