Peyğəmbərin təhqirinə qarşı aksiyalarda 400-dən çox adam saxlanılıb

   Peyğəmbərin təhqirinə qarşı aksiyalarda    400-dən çox adam saxlanılıb
  13 İyun 2022    Oxunub:1108
Hindistan polisi ölkənin müxtəlif bölgələrində Məhəmməd peyğəmbərin təhqir olunması ilə bağlı yaranmış qalmaqaldan sonra keçirilən kütləvi nümayişlərdə 400-dən çox insanı saxlayıb.AzVision.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Uttar Pradeş ştatının səkkiz rayonunda 300-dən çox, Qərbi Benqalın iki rayonunda 100-ə yaxın adam saxlanılıb. Rançi şəhərinin polis idarəsi isə məlumat yayıb ki, Carxand əyalətinin paytaxtındakı qarşıdurmalarda iştirak edən şəxslərlə bağlı 25 araşdırmaya başlayıb. Hansı ki, burada iki nəfəri öldürülüb.

Qeyd edək ki, Hindistanda ölkə məscidlərində cümə namazından sonra kütləvi aksiyalar keçirilib. İnsanlar Məhəmməd peyğəmbəri təhqir edənlərin həbs edilməsi tələbi ilə bir sıra ştatlarda küçələrə çıxaraq təhlükəsizlik işçiləri ilə toqquşublar.

Xatırladaq ki, Məhəmməd peyğəmbərin təhqir olunması ilə bağlı qalmaqal Hindistanda hakim Bxaratiya Janata Partiyasının nümayəndəsi Nipur Şarma milli televiziyada debat zamanı bir sıra açıqlamalardan sonra başlayıb. Onun sözləri bir sıra müsəlman dövlətləri, o cümlədən İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik qalmaqala da səbəb oldu. Onlar müsəlmanlara qarşı bəyanatları pisləyib, bir sıra ölkələr Hindistan səfirlərini çağıraraq onlara etiraz ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Hindistan  



Xəbər lenti