Ukraynalı nazir təcrübəsiz əsgərlərin cəbhəyə göndərilməsini etiraf etdi

   Ukraynalı nazir təcrübəsiz əsgərlərin cəbhəyə göndərilməsini etiraf etdi
  13 İyun 2022    Oxunub:763
Ukraynanın müdafiə naziri Aleksey Reznikov Britaniyanın “Economist” jurnalına müsahibə verib. AzVision.az xəbər verir ki, nazir açıqlamasında cəbhə xəttinə gənc və təcrübəsiz əsgərlərin göndərilməsi faktını etiraf edib.
Nəşrin məlumatına görə, cəbhə bölgəsindən qayıdan əsgərlər komandanlıqdakı xaosdan danışırlar. Jurnal qeyd edir ki, ölənlərin yerinə könüllü birləşmələrdən olan gənc və təcrübəsiz döyüşçülər cəbhə bölgəsinə göndərilirlər.

"Başqa necə ola bilər? Gənc oğlanlar heç kimin getmək istəmədiyi cəbhə bölgəsinə düşürlər. Və onlar ölürlər", - Reznikov deyib.

O həmçinin qeyd edib ki, “Qərbin bürokratiyası və praqmatizmi onun dəyərlərindən qat-qat güclü olub”.

Qeyd edək ki, bundan öncə Reznikov cəbhədə vəziyyətin ağır olduğunu bəyan etmişdi. Ukrayna qoşunları hər gün 100-ə qədər insan itirir. Öz növbəsində, Vladimir Zelenskinin ofisinin müşaviri Mixail Podolyak da Ukrayna qoşunlarının gündəlik itki rəqəmini Reznikovun əvvəllər səsləndirdiyindən iki dəfə yüksək olduğunu deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Nazir   Cəbhə  



Xəbər lenti