Şagirdlərin qəzaya düşməsi ilə bağlı cinayət işi açıldı

   Şagirdlərin qəzaya düşməsi ilə bağlı cinayət işi açıldı
  13 İyun 2022    Oxunub:934
Bakı-Şamaxı yolunda şagirdlərin qəzaya düşməsi ilə bağlı cinayət işi açılıb.

AzVision.az -ın məlumatına görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, iyunun 13-də Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində Qəbələ rayonundan istirahətdən gələn şagirdləri daşıyan avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində xəsarət alan 11 nəfər xəstəxanaya aparılıb. Xəsarət alanlardan 2 nəfər Bakıdakı xəstəxanalara köçürülüb, digər xəsarət alanlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti