Daha bir marşrut xətti karta keçdi

   Daha bir marşrut xətti karta keçdi
  13 İyun 2022    Oxunub:991
14 iyun tarixindən "Bus Trans" MMC-nin müvəqqəti istismarında olan 206 nömrəli müntəzəm marşrut xətti (Lökbatan qəs. - "Elmlər Akademiyası" m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bakı Nəqliyyat Agentliyindən AzVision.az -a verilən məlumata görə, iş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək.

Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti