Əfqan diktatoru aradan götürən Plyusnin vəfat edib

   Əfqan diktatoru aradan götürən    Plyusnin vəfat edib
  13 İyun 2022    Oxunub:1255
Tarixdə Tac- Bek sarayına hücum kimi tanınan məşhur Əfqanıstan əməliyyatının əfsanəvi iştirakçısı Aleksandr Plyusnin vəfat edib.
O, 27 dekabr 1979-cu ildə "Fırtına 333" əməliyyatında əfqan diktatorunu aradan götürən şəxslərdən biri olub. Onun ölümü xəbərini “Alfa” antiterror bölməsinin Beynəlxalq Veteranları Assosiasiyasının Şurası məlumat yayıb.

“Çox təəssüf hissi ilə bildiririk ki, Aleksandr Nikolayeviç Plyusnin 73 yaşında vəfat edib. O, Hafizulla Aminin sarayına edilən hücumun qəhrəmanı olub. SSRİ idman ustası və sambo üzrə SSRİ DTK-nın dəfələrlə çempionu və yerli xüsusi təyinatlıların əfsanəsi..." - məlumatda deyilir.

AzVision.az

Tural Tağıyev
AzVision.az



Teqlər: Əfqanıstan  



Xəbər lenti