Bakıda hoteldə ərəb qadın öldü

   Bakıda hoteldə ərəb qadın öldü
  13 İyun 2022    Oxunub:1312
Bakıda hoteldə ölüm hadisəsi baş verib.

Səbail rayonu, Şıxov qəsəbəsi Salyan şosesində yerləşən “Aysberg” hoteldə Qətər vətəndaşı, 1976-cı il təvəllüdlü Safya Jabir Braid dünyasını dəyişib.
Bildirilir ki, 46 yaşlı qadın iyunun 10-da ailəsi ilə birlikdə Qətərdən Bakıya turist kimi gəlibmiş. İlkin ehtimala görə, S.Braid xəstəlikdən vəfat edib.

Ölüm faktı ilə əlaqədar Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.(Qafqazinfo)

AzVision.az


Teqlər:



Xəbər lenti