Kuleba Ukraynaya silahların çatdırılmasını sürətləndirməyə çağırıb

 Kuleba Ukraynaya silahların çatdırılmasını sürətləndirməyə çağırıb
  13 İyun 2022    Oxunub:1580
"Mən partnyorlarımızı qarşıya dəqiq məqsəd qoymağa – Ukraynanın qələbəsini və ağır silahların tədarükünü sürətləndirməyə çağırıram"
AzVision.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.

"Ukrayna mümkün olmayanı etməyə qadir olduğunu sübut etdi və Kiyev, Çerniqov, Sumi, Xarkov üçün vacib döyüşlərdə hər ehtimala qarşı qalib gəldi. Ukraynanın kifayət qədər silahı olarsa nə edə biləcəyini təsəvvür edin. Mən tərəfdaşları Ukraynanın qələbəsini aydın məqsəd kimi müəyyənləşdirməyə və ölkəyə ağır silahların çatdırılmasını sürətləndirməyə çağırıram"

AzVision.az


Teqlər:



Xəbər lenti