"Moskva "Tavridiya əyaləti" yaratmağa hazırlaşır" - Polşalı politoloq

         "Moskva "Tavridiya əyaləti" yaratmağa hazırlaşır" -    Polşalı politoloq
  14 İyun 2022    Oxunub:1790
Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərinin bir hissəsini öz tərkibinə "rəsmi şəkildə" daxil eləməsinin bir neçə mümkün ssenari var. AzVision.az xəbər verir ki, bunu Müasir Təhlükəsizlik Mühitinin Tədqiqatları Mərkəzinin təsisçisi, məşhur politoloq Mixal Marek deyib.
O qeyd edib ki, belə variantlardan biri “Tavridiya əyaləti”nin yaradılmasıdır.

"Hələlik belə görünür ki, onların psevdoreferendumun təşkili və keçirilməsi üçün böyük problemləri var. Onlar Donetsk və Luqansk vilayətlərinin bütün ərazisi üzərində tam şəkildə nəzarəti ələ keçirə bilmirlər. Buna baxmayaraq, hələ də onlara öz vətəndaşlarını ən azı hansısa bir uğurla "doyurmaq" gərəkir", - eksspert deyib.

Onun dəyərləndirməsinə görə, “referendum” variantı ruslar arasında birmənalı qarşılana bilməz, proses dalana dirənib. Rusiya Federasiyası başa düşür ki, indiki halda referendumun keçirilməsi kütləvi etirazlar şəklində problemlər yaradacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti