Vahid məktəbli formaları ilə bağlı AÇIQLAMA

   Vahid məktəbli formaları ilə bağlı    AÇIQLAMA
  14 İyun 2022    Oxunub:1967
"Məktəbli formaları tənzimləyici qaydalara əsaslanır. Yəni hər bir məktəb özü bu qərarı verməlidir. Sadəcə qərarı verəndə qaydada nəzərdə tutulan məktəbli formalarından istifadə etməlidirlər".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, qaydanın məqsədi daha çox məktəbli formaları ilə bağlı qərar verdikdə hansısa seçimi edə bilsinlər: "Hesab edirəm ki, vahid məktəbli formasına keçid tədricən olacaq. Təbii ki, əhalinin sosial vəziyyətini nəzərə alırıq və bu istiqamətdə addım-addım getmək istəyirik. İnandığımız odur ki, şagirdlərin vahid və müxtəlif çalarları olan məktəbli formasına keçməsi müsbət hal olacaq".

AzVision.az


Teqlər:



Xəbər lenti