"Qəzalı məktəbləri eyni anda tikib təhvil vermək çətindir”

   "Qəzalı məktəbləri eyni anda tikib təhvil vermək çətindir”
  14 İyun 2022    Oxunub:974
“Azərbaycanda 4 məktəbdən 3-ü və ya təhsil müəssisələrinin 75-80 faizi tədrisə yararlı vəziyyətdədir”.
AzVision.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan “Hədəf” verilişində bildirib.

O qeyd edib ki, qəzalı məktəblər tədricən təmir olunur və ya yeniləri ilə əvəzlənir: “Ümumilikdə 3500 məktəbdə vəziyyət yaxşıdır. Qəzalı məktəblərimiz var, biz bunu bilirik. 900 belə məktəbi eyni anda tikib təhvil vermək çətindir. Hər il təxminən 70-80 məktəbi təmir edirik. Təmir etdikcə digər məktəblər də sıradan çıxa bilər. Hansısa məktəbin damında uçuq olanda və ya hansısa problem yarananda çalışırıq dərhal reaksiya verək”.

AzVision.az



Teqlər:



Xəbər lenti