AQTA enerji içkisini geri çağırdı
Araşdırmaların nəticəsinə uyğun olaraq, “Ayan” MMC tərəfindən istehsal edilən “Lion” əmtəə nişanlı içkinin enerji içkisi olduğu öz təsdiqini tapsa da, etiket məlumatları və markalanmada qanunvericiliyin tələblərinə əməl olunmadığı üçün həmin məhsulun satış şəbəkələrindən geri çağırılması və markalanma tələblərinin icra edilməsi ilə bağlı qərar qəbul olunub. Araşdırmalar davam etdirilir. İctimaiyyətə nəticələri ilə bağlı geniş məlumat veriləcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


