"Şuşada keçiriləcək hər cür fəaliyyətə dəstək verməyə hazırıq" - Türkiyəli nazir
Bir vaxtlar tarixi-mədəni sərvətləri ilə dünya şöhrəti qazanmış Şuşa şəhərinin tez bir zamanda əvvəlki vəziyyətini bərpa edəcəyinə tam inandığını vurğulayan Ərsoy “Türk dünyasının mədəniyyət beşiyi, Qarabağın döyünən ürəyi Şuşa yenidən dirçələcək, dünyanı özünə heyran baxacaq. Şuşanın əvvəlki şöhrətini qaytarmaq çox vacibdir. Türk mədəniyyətinə və tarixinə aid nadir abidələrə dəyən ziyanın müəyyən edilməsi və onların ilkin formasına uyğun bərpa olunması bizim üçün böyük əhəmiyyət kəsb edir".
N.Ərsoy bildirib ki, Şuşa Bəyannaməsi öz ruhuna və funksiyalarına görə Qafqazda sabitliyin və təhlükəsizliyin hər mənada təmin edilməsi yolu ilə region xalqlarının rifahının təmin edilməsi və artırılması istiqamətində çox realist, konkret və yeni əməkdaşlıq modeli kimi qiymətləndirilməlidir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


