Rusiya XİN-dən Fərrux kəndi ilə bağlı növbəti AÇIQLAMA

   Rusiya XİN-dən Fərrux kəndi ilə bağlı növbəti    AÇIQLAMA
  15 İyun 2022    Oxunub:2197
"Sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın Fərrux kəndi ilə heç bir əlaqəsi yoxdur".

AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
"Ümid edirik ki, komissiyanın fəaliyyətə başlaması Bakı və İrəvan arasında etimadın yüksəlməsinə, Azərbaycan- Ermənistan sərhədində və sülhməramlıların məsuliyyət zonasında insidentlərin qarşısını almağa kömək edəcək",- deyə Rusiya XİN rəsmisi jurnalistlərin Fərrux kəndi ilə bağlı sualını cavablandırıb.

AzVision.az


Teqlər:



Xəbər lenti