FED uçot dərəcəsini rekord səviyyədə artırdı

 FED uçot dərəcəsini rekord səviyyədə artırdı
  15 İyun 2022    Oxunub:2036
ABŞ Federal Ehtiyat Sistemi (FRS) uçot dərəcəsini 0,75 faiz artırıb.
AzVision.az xəbər verir ki, bu barədə təşkilatın press-relizində bildirilir.

Belə ki, uçot dərəcəsi 1,50%-ə qaldırılıb. Bu, 1994-cü ildən indiyədək ən böyük faiz artımı sayılır. FED, həmçinin 2022-ci ildə ABŞ-ın ÜDM artımı proqnozunu 2,8%-dən 1,7%-ə endirib.

Bundan əlavə, FED 2022-ci ildə ABŞ-da işsizlik səviyyəsi ilə bağlı proqnozu 3,5%-dən 3,7%-ə, 2023-cü ildə isə 3,5%-dən 3,9%-ə yüksəldib. İnflyasiya proqnozu isə 4,3%-dən 5,2%-ə qaldırılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti