Dünya əhalisinin 10 faizi yazıb-oxuya bilmir

   Dünya əhalisinin 10 faizi    yazıb-oxuya bilmir
  16 İyun 2022    Oxunub:1456
Dünyada 770 milyondan çox yetkin insan, o cümlədən 126 milyon gənc oxuya və yaza bilmir.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, nu barədə UNESCO-nun baş direktoru Odri Azule Mərakeşdə Böyüklər üçün Təhsil üzrə 7-ci Beynəlxalq Konfransda videobağlantı ilə çıxış edərkən bildirib.

Onun sözlərinə görə, yazıb-oxuya bilməyənlər 10 faiz təşkil edir, bunun da təxminən üçdə ikisi qadınlardır.

UNESCO-nun rəhbəri böyüklər üçün təhsilin bütün dünyada əlçatan olmasını təmin etmək üçün səyləri davam etdirməyə və bu istiqamətdə işi gücləndirməyə çağırıb.

AzVision.az


Teqlər:



Xəbər lenti