Prezident: "Ermənistan Azərbaycanın təklif etdiyi beş prinsipi qəbul edib"

      Prezident:    "Ermənistan Azərbaycanın təklif etdiyi beş prinsipi qəbul edib"
  16 İyun 2022    Oxunub:818
"Ermənistanla münasibətlərin normallaşdırılması üçün bizim irəli sürdüyümüz təkliflərə ölkələrin bir-birinin sərhədlərinə qarşılıqlı hörmət də daxildir. Biz şadıq ki, Ermənistan hökuməti bu beş prinsipi qəbul etdi".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

Dövlətimizin başçısı bildirib ki, indi biz bu proseslə əlaqədar praktiki işlər görməliyik. “Çünki tarixdən də bilirik ki, bəzən hətta Ermənistanın yüksək səviyyəli rəsmilərinin verdiyi bəyanatlar böyük əhəmiyyətə malik olmur. Azərbaycan artıq sərhədin delimitasiyası ilə bağlı komissiya yaradıb. Biz Ermənistandan da eyni addımı gözləyirik”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.

AzVision.az



Teqlər:



Xəbər lenti