"Qlobal Forum problemlərinin müzakirəsi üçün zəruri tədbirdir"

  "Qlobal Forum problemlərinin müzakirəsi üçün zəruri tədbirdir"
  16 İyun 2022    Oxunub:1249
“Ukraynadakı müharibə ciddi böhrana və ərzaq qiymətlərinin artmasına səbəb olub”.
AzVision.az xəbər verir ki, bunu BMT-nin Cenevrə ofisinin Baş direktoru Tatyana Valovaya IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

O bildirib ki, dünya İkinci Dünya müharibəsindən bəri ən ağır geosiyasi böhranla üz-üzədir: “Lakin bu, yeganə böhran deyil. İqlim problemləri və pandemiyanın nəticələrini unutmamalıyıq”.

Onun sözlərinə görə, Qlobal Bakı Forumu dünya problemlərinin müzakirəsi üçün vaxtında keçirilən zəruri tədbirdir.

AzVision.az



Teqlər:



Xəbər lenti