“Azərbaycana meymunçiçəyi ilə bağlı testlər gətiriləcək” - Nazir
AzVision.az xəbər verir ki, bunu “Report”a açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.
Səhiyyə naziri, həmçinin meymunçiçəyi ilə bağlı əhaliyə müraciət edib. O qeyd edib ki, meymunçiçəyinin geniş yayılmasına bir səbəb yoxdur: “Dünyada bununla bağlı iki minə yaxın hadisə qeydə alınıb. Ancaq indiyədək meymunçiçəyi ilə bağlı birbaşa ölüm hadisəsi qeyd edilməyib. Fürsətdən istfiadə edərək əhalimizə meymunçiçəyi ilə bağlı müraciət etmək istərdim ki, sadə fərdi gigiyena qaydalarına riayət etməklə bu bəladan uzaq dursunlar. Bununla da vətəndaşlarımız normal həyat tərzinə davam edə bilərlər”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


