Meyvə-tərəvəzin qiyməti niyə yüksəkdir? - Tələb təklifi üstələyir
"Bu dövrdə Rusiya rublunun möhkəmlənməsi bizim xeyrimizədir. Meyvə-tərəvəz qiymətlərini dollara çevrilməsi zamanı artım müşahidə olunur və bu meyvə-tərəvəz ixracatçıları üçün müsbət haldır".
N.Heybətov Azərbaycanda meyvə-tərəvəzin qiymətinin yüksək olmasının təkcə ixracın çoxalması ilə əlaqəli olmadığını vurğulayıb. O bildirib ki, koronavirusla əlaqəli məhdudiyyətlərin aradan qaldırılması, tədbir və ziyafətlərin çoxalması təlabatı artırıb.
- Təlabat artır və təklif də onu qarşılamadığı üçün qiymət artımı müşahidə edilir. Qiymət artımı qeyri-mövsümi vaxtlarda fevral mart, aprel aylarında və mayın ilk 15 günündə müşahidə edilib. Hal-hazırda qiymətlər enişə doğru gedir. Düşünürəm ki artıq meyvə tərəvəzin qiymətləri istehlakçılar üçün məqbuldur.
Keçən illə müqayisədə meyvələrin qiymətinin yüksək olmasında gəlincə, müsahibimiz bildirib ki, iqlim faktoruna da nəzərə yetirmək lazımdır:
"Keçən ilin may ayında yağışlı, küləkli və qapalı günlər yox idi. İqlimdə dəyişiklər belə vegetasiya dövrünə, məhsulun yetişməsinə təsir edir. Meyvələrin yetişməsi dövrü bir qədər gecikib".
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


