Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının rəhbəri ilə görüşüb
Nazir, Akademiyanın fəaliyyətinə şəxsən D.Kıdırali tərəfindən verilən töhfənin yüksək qiymətləndirildiyini bildirib. Dalhan Kıdırali Azərbaycana səfəri çərçivəsində Bakı Qlobal Forumunda iştirakını, Şuşa şəhərinə səfərini məmnunluqla qeyd edib. O, Beynəlxalq Türk Akademiyasının Azərbaycanla bağlı bir sıra layihələrinin olduğunu, o cümlədən Şuşanın 2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı layihələrin nəzərdə tutulduğunu səsləndirib. Azərbaycanın Akademiyanı hər zaman dəstəklədiyini söyləyən D.Kıdırali, bu dəstəyin gələcəkdə Akademiyanın fəaliyyətinin daha da yüksəlməsinə xidmət edəcəyindən əminliyini ifadə edib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


