"Yaşıl" enerjinin artımı təbii qazın qənaətinə gətirib çıxarır - Nazir müavini

   "Yaşıl" enerjinin artımı təbii qazın qənaətinə gətirib çıxarır -    Nazir müavini
  21 İyun 2022    Oxunub:799
Ölkəmizdə elektrik enerjisinin demək olar ki, 94 faizi təbii qazla istehsal olunur. Bu səbəbdən "yaşıl" enerjinin artımı təbii qazın qənaətinə gətirib çıxarır.
AzVision.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov jurnalistlərə açıqlamasında bildirib.

E.Soltanovun sözlərinə görə, bu istiqamətdə bir sıra məqsədlər və həyata keçiriləcək proqramlar mövcuddur.

“İnvestorların cəlbi üçün İqtisadiyyat Nazirliyi ilə işlər davam etdirilir. Bizim üçün daxili investorlar prioritetdir. Lakin bu sahə xarici inverstorlara da açıqdır və yaxın tarixlərdə xoş xəbərlər eşidəcəyik”, - deyə o əlavə edib.

AzVision.az



Teqlər:



Xəbər lenti