Bu il ölkəmizdə 106 uşaq övladlığa verilib
2019-cu ilin noyabrın 1-dən sonra 254 uşaq, o cümlədən 131 oğlan, 123 qız övladlığa götürülüb. Bu ilin ötən dövrü ərzində 106 uşaq övladlığa verilib.
Onu da qeyd edək ki, 2021-ci ilin əvvəlindən valideyn himayəsindən məhrum olmuş uşağa görə aylıq müavinət təsis edilib. Yeni sosial islahat paketi çərçivəsində həmin müavinət bu ilin əvvəlindən 25 faiz artırılaraq, övladlığa götürülən valideyn himayəsindən məhrum olmuş uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud uşağa görə 480 manatdan 600 manata çatdırılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


