Otellərin qiymətlərini aşağı salmaq üçün nələr edilir? - Agentlik açıqladı
K.Quluzadə bildirib ki, payızdan etibarən daha çox marketinq işləri Avropa istiqamətində aparıalacaq:
“Payız və qış mövsümlərində bu istiqamətlərdən qonaqların sayı artacağı gözlənilir. Pandemiya, geosiyasi dəyişiklər turizm axınını dəyişir. Bu tək Azərbaycan üçün deyil. Biz bu faktorları da nəzərə alaraq strategiyamızda müəyyən dəyişiklər edirik.
Ötən illə müqayisədə turist gəlişində böyük sıçrayış var. Hələ quru sərhədləri açılmayıb və göstəricilərdə ciddi artımın olduğunu müşahidə edirik. Bunun davamlı olacağını gözləyirik. Xariciləri daha çox cəlb edən istiqamət məhz Bakı şəhəridir. Bundan əlavə, 4 turizm dəhlizi Bakı-Şimal, Bakı-Şimal-Qərb, Bakı-Qərb, Bakı-Cənub istiqamətləri və ayrılıqda Naxçıvan destinasiyası da əcnəbi turistləri cəlb edir. Biz hər bir istiqamətdə intensivlik müşahidə edirik”
Turizmin aparıcı istiqamətinin daxili turizm olduğunu deyən K.Quluzadə bildirib ki, vətəndaşlarımız Azərbaycan regionlarına və Bakıya daha çox səfər edirlər:
“Faktiki bu istiqamət turizmin lokomatividir. Yerli turistlər daha çox istirahət günlərində səfər edir. Yay tətillərinin başlaması ilə səfərlərin intensivləşməsi gözlənilir”.
Pandemiya dövrü ilə müqayisədə turizm sahəsində qiymətlərin artmasına gəlincə, müşavir qiymətlərin bazar iqtisadiyyatı qanunları ilə tənzimləndiyini qeyd edib:
“Tələb təklif məsələsidir və daha çoz tələb olanda təklifin qiyməti artır. Dövlətin siyasəti ondan ibarətdir ki, təklifin həcmi çoxalsın, yəni daha çox otel açılsın, daha çox rəqabət olsun və bu qiymətlərə təsir edə bilər. Bazar iqtisadiyyatı qanunlarına uyğun olaraq dövlət qiymətlərə başqa mexanizmlər,başqqa yollarla qarışmır. Müəyyən güzəştlər edilməklə, dəstək olunmaqla, otellərin tikintisini artırıraq təklifin həcminin artırılması siyasəti həyata keçirilir”.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


