Tanınmış bikini dizayneri vəfat etdi

  Tanınmış bikini dizayneri vəfat etdi
  23 İyun 2022    Oxunub:1359
Avstraliyalı bikini dizayneri Paula Stafford 102 yaşında vəfat edib. Bu barədə cümə axşamı 9News telekanalı məlumat yayıb.
Paula Stafford 1920-ci ildə Melburnda anadan olub. Orta məktəbi bitirdikdən sonra Melburn Texniki Kollecinin bir hissəsi olan Emily MacPherson School of Home Economics-də moda dizaynı üzrə təhsil alıb.

O ilk bikini nümunəsini 1943-cü ildə hazırlayıb. O zaman bu çimərlik paltarı Qold-Kost sahilində Avstraliyanın Kvinslend ştatının mühafizəkar ictimaiyyətini şoka salıb.

Əvvəlcə "Fransız" adlanan çimərlik geyimi Stafford tərəfindən hazırlanıb. O, ənənəvi olan çimərlik paltarı modelini iki yerə bölüb və material çatışmazlığı səbəbindən parça miqdarını azaldıb.

Tezliklə Staffordun çimərlik geyimləri London və Nyu-Yorkda nümayiş etdirilib. Dizayneri dünya məşhuru edib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti