Moldovada fövqəladə vəziyyət rejimi yenidən uzadıldı

Moldovada fövqəladə vəziyyət rejimi yenidən uzadıldı
  23 İyun 2022    Oxunub:788
Moldova Parlamenti iyunun 24-də başa çatacaq fövqəladə vəziyyət rejimini daha 45 gün uzadıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu qərar Moldova Parlamentinin iclasında qəbul edilib. Qeyd olunub ki, buna səbəb Ukraynadakı vəziyyətdir.

Moldovanın Baş naziri Natalya Qavrilitsa parlamentdə çıxış edərək, fövqəladə vəziyyətin Ukraynada davam edən müharibəyə görə uzadılmasının zəruriliyini müdafiə edib: “Bu, Moldovanın təhlükəsizliyi üçün risklər daşıyır - ərzaq və enerji də daxil olmaqla. Bu vəziyyətdə fövqəladə vəziyyət rejiminin uzadılmasını məqsədəuyğun hesab edirik”.

AzVision.az


Teqlər: Moldova  



Xəbər lenti