Bu rayonlarda su kəsildi

   Bu rayonlarda su kəsildi
  23 İyun 2022    Oxunub:869
Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara, həmçinin Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.
Bu barədə "Azərsu" ASC-dən Modern.az-a verilən məlumatda bildirilib. Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

AzVision.az


Teqlər:



Xəbər lenti