Nike Rusiyanı tamamilə tərk edir

Nike Rusiyanı tamamilə tərk edir
  23 İyun 2022    Oxunub:1451
Amerikanın geyim və ayaqqabı istehsalçısı Nike Rusiya bazarını tamamilə tərk etmək qərarına gəlib. Bu barədə şirkətin saytında məlumat verilib.
"Nike Rusiya bazarından çıxmaq qərarına gəlib. Nəticədə Nike.com və Nike mobil proqramı artıq bu bölgədə mövcud olmayacaq. Nike mağazaları bir müddət əvvəl müvəqqəti bağlanıb və yenidən açılmayacaq", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, martın əvvəlində Nike Rusiyaya məhsul tədarükünü dayandırmışdı. Ancaq oflayn mağazaları bağlamaq qərarı verilməmişdi.

1964-cü ildə əsası qoyulmuş Amerika şirkəti Nike Inc. idman geyimləri, ayaqqabıları və aksesuarlarının istehsalı üzrə dünya bazarının liderlərindən biridir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti