Bakı, İrəvan və Tbilisidəki səfirlər görüşdü

   Bakı, İrəvan və Tbilisidəki səfirlər görüşdü
  23 İyun 2022    Oxunub:1306
ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri Örl Litzenberger, Kelli Deqnan və Linn Treysi videokonfrans formatında görüş keçirib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Diplomatlar ABŞ-ın Cənubi Qafqaz proqramını və siyasətini müzakirə ediblər.

Səfirlər əməkdaşlığı gücləndirmək, müstəqilliyi möhkəmləndirmək, region xalqları üçün təhlükəsiz, sabit və firavan gələcək qurmaq naminə ABŞ-ın öhdəliklərini vurğulayıblar.

AzVision.az


Teqlər:



Xəbər lenti