Rusiya Kiyevi Xəzərdən yüksək dəqiqlikli raketlərlə vurub

 Rusiya Kiyevi Xəzərdən yüksək dəqiqlikli raketlərlə vurub
  26 İyun 2022    Oxunub:1732
Bu gün Kiyevə edilən və nəticədə mülki şəxslərin xəsarət aldığı hücum Rusiya Federasiyasının Xəzər dənizi regionundan yüksək dəqiqliyə malik və ən bahalı raketləri ilə həyata keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat Ümumkrayna telemarafonunun efirində bildirib.

Onun sözlərinə görə, Kiyev vilayətinə bugünkü hücum üçün Rusiya Xəzər dənizi regionlarından strateji aviasiyadan istifadə edib.

"Həştərxan vilayətində onlar havaya qalxır, bizə qarşı atılan əsas raketlərlə silahlanıblar - bu, Kh-101-dir. O, 5500 kilometr məsafədə uça bilir".

İqnat bildirib ki, bu gün 4-dən 6-dək raket buraxılıb, onlardan ikisi hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. O, aydınlaşdırıb ki, Kh-101 raketi Rusiya Federasiyası ilə xidmətdə olan ən yüksək dəqiqliyə malik və ən bahalı raketdir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti