Ukraynada həlak olan uşaqlar - STATİSTİKA

 Ukraynada həlak olan uşaqlar -  STATİSTİKA
  02 İyul 2022    Oxunub:2081
Fevralın 24-dən bu günə qədər Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə 344 uşaq həlak olub, 640-dan çox uşaq yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu "Telegram"da məlumat yayıb.

Aktiv hərbi əməliyyatların aparıldığı əraziləri və müvəqqəti işğal olunmuş əraziləri yoxlamaq mümkün olmadığı üçün bu məlumatlar tam dəqiq deyil.

Zərərçəkmiş uşaqların əksəriyyəti son həftələr döyüşlərin intensiv getdiyi Ukraynanın şərq torpaqlarında - Donetsk vilayətindədir.

Xarkovda 185, Kiyev vilayətində 116, Çerniqovda 68 və Luqanskda 61 uşaq müharibənin təsirinə məruz qalıb, Nikolayev, Xerson və Zaporojyedə ölən və yaralanan uşaqlar var.

Baş Prokurorluq bildirib ki, Rusiya silahlı qüvvələrinin bombardmanları və mərmiləri nəticəsində 2102 təhsil müəssisəsi zərər görüb. Onlardan 215-i tamamilə məhv edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti