KİV: Almaniyanın hər ikinci sakini qışda donacağından qorxur

      KİV:    Almaniyanın hər ikinci sakini qışda donacağından qorxur
  04 İyul 2022    Oxunub:1007
Almaniya sakinlərinin yarısı - 50%-i evlərini qızdırmaq üçün qazın olmaması səbəbindən gələn qışda donmalı olacaqlarını gözləyir.
Bu barədə “Bild am Sonntag” qəzeti “Insa” sosioloji institutunun sorğusunun nəticələrinə istinadən məlumat yayıb. Eyni zamanda Almanların təxminən 91%-i inflyasiya və yüksək enerji qiymətləri səbəbindən xərcləri azaldıb. “Insa”nın 1003 respondent arasında apardığı araşdırmaya görə, almanların 75%-i inflyasiyanın onların rifahına “böyük” və ya “çox güclü” təsir etdiyini bildirib.

Respondentlərin yalnız 9%-i xərcləri azaltmadıqlarını bildirib. Almaniya vətəndaşları geyimə, yeməyə, barlarda dincəlməyə, mədəni fəaliyyətlərə və avtomobil səfərlərinə qənaət etməyə başlayıblar.

AzVision.az


Teqlər:



Xəbər lenti