"Rusiya Ukraynadakı hərbi əməliyyatının məqsədinə çatacaq" - Patruşev

   "Rusiya Ukraynadakı hərbi əməliyyatının məqsədinə çatacaq" -    Patruşev
  05 İyul 2022    Oxunub:1557
Qərb ölkələrinin Kiyevə öldürücü silah tədarükünü artırmasına baxmayaraq, Rusiya Ukraynadakı hərbi əməliyyatının məqsədlərinə çatacaq. AzVision.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
O qeyd edib ki, xüsusi əməliyyatın məqsədlərindən biri Ukraynanın Konstitusiyasında təsbit olunmuş neytral statusuna nail olmaq, həmçinin “denazifikasiya” və sakinlərin “soyqırım”dan qorunmasıdır.

Onun sözlərinə görə, Rusiya hərbi əməliyyat keçirmək qərarı verməyə məcbur olub. Çünki Ukraynada neonasizmin yayılması, onun ərazisində ABŞ-ın hərbi bioloji proqramında iştirak edən bioloji laboratoriyaların fəaliyyət göstərməsi, habelə Kiyev hakimiyyətinin nüvə silahı yaratmaq və NATO-ya qoşulması ilə bağlı açıqlanan planları təkcə Rusiyanın deyil, bütün dünyanın təhlükəsizliyinə təhdidlər yaradırdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti