Paşinyan Konstitusiya gününü marallarla qeyd etdi - VİDEO

   Paşinyan Konstitusiya gününü marallarla qeyd etdi -    VİDEO
  05 İyul 2022    Oxunub:1094
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Facebook səhifəsində diqqət çəkən video paylaşıb. AzVision.az xəbər verir ki, onun yaydığı videoda Paşinyanın Dilican Milli Parkında maralları yemləməsi əks olunub.
Uşaqlara dondurma alan Paşinyan tənqid olundu - VİDEO
Müxalif saytlar isə videonun artıq sosial şəbəkələrin erməni seqmentində trendə çevrildiyini yazıb. Qeyd edilir ki, ermənilər baş nazirin marallardan çox öz vətəndaşlarının qayğısına qalmalı olduğunu yazırlar.

"Anna Akopyan yazıb ki, Dilican Milli Parkında, Parz gölünə gedən yolda yerləşən Qafqaz Maralları Yetişdirmə Mərkəzinə hər kəs baş çəkə bilər. Giriş adambaşına 300 dramdır. 7 yaşa qədər uşaqlar isə bu məkana pulsuz daxil ola bilərlər. Videonun nə vaxt çəkildiyi qeyd olunmasa da, Paşinyanın Konstitusiya Günü ilə əlaqədar qeyri-iş günündə marallara vaxt ayıraraq dincəlmək qərarına gəldiyini güman etmək olar. Yaxşı olardı ki, problemlər məngənəsində sıxılan ölkənin rəhbəri vaxtını daha mühüm məsələlərə sərf edə", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Akopyan   Maral   Ermənistan  



Xəbər lenti