Qubaya gedənlərə xəbərdarlıq

   Qubaya gedənlərə    xəbərdarlıq
  05 İyul 2022    Oxunub:1494
Bakı-Quba yolunda aparılan təmir işləri ilə bağlı sürücülərə xəbərdarlıq edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az -a bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-110 km hissəsində nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin söküntüsü aparılır.

Bununla əlaqədar olaraq sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

AzVision.az


Teqlər: Quba  



Xəbər lenti