Bakıda qadın narkotacir ələ keçdi - VİDEO
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər silsilə əməliyyatlar zamanı son 30 gündə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 18 nəfər saxlanılıb. Onlardan külli miqdardan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər uğurlu əməliyyat zaman Binəqədi rayonunda iki nəfərə qarşı kəsici alətdən istifadə etməklə quldurluq edən və zərərçəkənlərin mobil telefonlarını, eləcə də pulunu alan dəstə üzvləri saxlanılıblar. Əməliyyat nəticəsində qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən Məhəmməd İmanov, Fəyyaz Yarıyev və İlkin Eldaroğlu tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslər ifadələrində etdikləri cinayətləri etiraf ediblər.
Faktlarla bağlı 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər qanun pozuntusuna yol verən şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
AzVision.az
Teqlər: DİN







Vaxtında, Aydın, Lazımlı!


