İlkin məlumata görə bankda təmizləyici işləyən Ruzanna adlı qadın ölüb. Zərərçəkənlərdən biri Armen Minasyan news.am-a açıqlamasında deyib ki, saat 09:00 radələrində arvadını banka işləməyə gətirib və binadan təzəcə çıxırmış ki, partlayış dalğası onu da tutub. Onun sözlərinə görə, ilkin ehtimal qaz sızmasıdır və partlayış zamanı binada 5-6 nəfər olub.
- Ölən qadının təxminən 60 yaşı var idi. Qalan işçilər partlayış baş verən kimi bankdan qaçıblar. Yalnız müdirin vəziyyəti ağırdır. - şahid deyib.
Tural Tağıyev
AzVision.az